27 oktyabr 2024. Bazar günü

Milan'ın baş tutmayan planı


  • Transfer
  • 21:48 19.11.2022
  • Oxunma sayı: 100
Milan'ın baş tutmayan planı

"Milan”ın texniki direktoru Paolo Maldini hücumçu Rafael Leaonun klubla müqaviləsini DÇ-2022-yə qədər uzatmamasından təəssüfləndiyini açıqlayıb.

Corner.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, klub rəsmisi 23 yaşlı futbolçunun agentləri ilə mundialdan sonra yenidən görüşəcəklərini deyib:

“Dünya çempionatından əvvəl yeni müqavilə imzalamağı planlaşdırırdıq, lakin bu baş tutmadı. Danışıqlar hələ də davam edir. Onun agentləri ilə yenidən görüşməliyik”.

Onun İtaliya nəhəngi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Portuqaliyalı futbolçu bu mövsüm İtaliya A Seriyasında 14 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. 







Transfer