27 oktyabr 2024. Bazar günü

Camal bir gün Real'da oynayacaq


  • Transfer
  • 21:54 19.11.2022
  • Oxunma sayı: 105
Camal bir gün Real'da oynayacaq

"Real”ın müdafiəçisi Antonio Rüdiger Camal Musiala haqda fikirlərini bölüşüb.

Corner.az “zdf.de”-yə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu gənc oyunçunun “kral klubu”nda oynaya biləcəyini bildirib:

“Camal Musiala bir gün “Real”da oynayacaq.“Bavariya”da görün hələ nələr edir! O, çox istedadlı oyunçudur”.

Musiala 2020-ci ildən Bundesliqa nəhəngində top qovur 19 yaşlı futbolçu bu mövsüm Bundesliqada 14 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Musiala 2021-ci ildən Almaniya millisində forma geyinir. Yarımmüdafiəçi DÇ-2022 üçün iştirak ərizəsində yer alıb.







Transfer