27 oktyabr 2024. Bazar günü

Tomas Tuçel Yuventus'u çalışdıra bilər


  • Transfer
  • 15:31 20.11.2022
  • Oxunma sayı: 76
Tomas Tuçel Yuventus'u çalışdıra bilər
"Çelsi”nin və PSJ-nin keçmiş baş məşqçisi Tomas Tuxel “Yuventus”un çalışdıra bilər. Corner.az “The Sun”a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi alman çalışdırıcını Massimiliano Alleqrinin yerinə əsas namizəd hesab edir.
 
Komandanın son iki mövsümdə avrokuboklarda sərgilədiyi performans rəhbərliyi bu addımı atmağa məcbur edib. “Qoca sinyora” artıq 49 yaşlı mütəxəssislə əlaqə saxlayıb və gələn həftə Turinə dəvət edib. İtaliya nəhəngin təcrübəli mütəxəssis tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacağı gözlənilir.
 
Tuxel sentybr ayında “Çelsi”ni tərk edib. O, həmçinin, PSJ və “Borussiya” (Dortmund) klublarında fəaliyyəti ilə də tanınır.






Transfer