27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın prezidenti kluba çox sərmayə qoyur


  • Transfer
  • 14:11 21.11.2022
  • Oxunma sayı: 140
Qarabağ'ın prezidenti kluba çox sərmayə qoyur
Portuqaliya millisinin keçmiş futbolçusu Nunu Qomeş Türkiyənin “TRT Spor” telekanalına açıqlama verib. Corner.az xəbər verir ki, 46 yaşlı keçmiş hücumçu “Qarabağ”ın Avropa Konfrans Liqasında Belçika “Gent”i ilə oyunlarına da toxunub:
 
“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək. “Qarabağ” öz ölkəsində turnir cədvəlində birincidir və Avropa Konfrans Liqasında Belçika “Gent”i ilə qarşılaşacaq. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı futbolçu qoşulub. Onlar üzərində yaxşı işləyirlər və əminəm ki, daha uğurlu olacaqlar”.
 
“Qarabağ” “Gent”lə ilk matçını fevralın 16-da evdə, cavab oyununu isə fevralın 23-də səfərdə keçirəcək.






Transfer