27 oktyabr 2024. Bazar günü

Van Bronkhorst istefaya göndərildi


  • Transfer
  • 17:20 21.11.2022
  • Oxunma sayı: 98
Van Bronkhorst istefaya göndərildi
Şotlandiyanın “Reyncers” klubu baş məşqçisi Covanni van Bronkhorstla yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
47 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından Qlazqo təmsilçisini çalışdırırdı. Komanda cari mövsümün 15 turundan sonra 33 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
 
Van Bronkhorst daha əvvəl “Feyenoord” və “Quançjou” kimi klublarda çalışıb.






Transfer