27 oktyabr 2024. Bazar günü

Ronaldonun Mançester Yunayted karyerası rəsmən bitdi


  • Transfer
  • 22:50 22.11.2022
  • Oxunma sayı: 102
Ronaldonun Mançester Yunayted karyerası rəsmən bitdi
İngiltərənin "Mançester Yunayted" klubu hücumçusu Kriştiano Ronaldo ilə müqaviləni ləğv edib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.
 
Mançester təmsilçisi 37 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
 
Xatırladaq ki, portuqaliyalı oyunçu bu yaxınlarda verdiyi müsahibədə klubu sərt tənqid edərək "Mançester Yunayted"in ona xəyanət etdiyini bildirmişdi.
 
Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində Premyer Liqa və Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu 2003-2009-cu illər aralığında da İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçmişdi. "Qırmızı şeytanlar"ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldo 145 qola imza atıb.






Transfer