8 aprel 2026. Çərşənbə

Yeni çağırış axtarmağın vaxtı çatıb


  • Transfer
  • 01:04 23.11.2022
  • Oxunma sayı: 141
Yeni çağırış axtarmağın vaxtı çatıb

"Düşünürəm ki, karyeram üçün yeni çağırış axtarmağın vaxtı çatıb".

Corner.az-ın məlumatına görə, bunu İngiltərənin "Mançester Yunayted" klubu ilə yollarını ayıran Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo özünün sosial şəbəkə hesabında yazıb.

"Qırmızı şeytanlar"la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən 37 yaşlı futbolçu  azarkeşlərə olan sevgisinin heç vaxt dəyişməyəcəyini bildirib: "Mançester Yunayted"i və fanatlarını çox sevirəm. Bu, heç vaxt dəyişməyəcək. Müzakirələrdən sonra razılığa gəldik ki, müqaviləni dərhal ləğv edək. Komandaya mövsümün qalan hissəsində və gələcəkdə uğurlar arzulayıram".

Təcrübəli oyunçu bu yaxınlarda “The Sun” qəzetinə verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləmişdi.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer