22 dekabr 2025. Bazar ertəsi

Ronaldo karyerasını bu iki ölkədə davam etdirə bilər


  • Transfer
  • 09:42 23.11.2022
  • Oxunma sayı: 526
Ronaldo karyerasını bu iki ölkədə davam etdirə bilər

“Mançester Yunayted”lə yollarını ayıran portuqaliyalı hücumçu Kriştiano Ronaldonun karyerasını iki ölkədə davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə “Marca” nəşri mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, İngiltərənin “Nyukasl” və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu 37 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

Maraqlıdır ki, hər iki klubun sahibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted" komandası futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni ləğv edib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq