8 aprel 2026. Çərşənbə

Norveç yığmasının üzvü Roma'da


  • Transfer
  • 17:54 23.11.2022
  • Oxunma sayı: 122
Norveç yığmasının üzvü Roma'da
“Roma” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, "canavarlar" Norveçin “Bodo Qlimt” klubunun yarımmüdafiəçisi Ola Solbakkeni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə imza atıblar. Norveçli futbolçunun  “Bodo Qlimt”lə müqaviləsinin müddəti bu ilin 31 dekabrında bitəcəyi üçün o, yeni klubuna 2023-cü ilin 2 yanvarından etibarən qoşulacaq. Paytaxt təmsilçisi “Bodo Qlimt”ə təzminat ödəməyəcək.
 
Solbakken “Ranheym” klubunun yetirməsidir. 24 yaşlı vinger 2020-ci ildən “Bodo Qlimt”də çıxış edir. O, Norveç yığmasında 4 oyun keçirib.






Transfer