“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Corner.az xəbər verir ki, 70 yaşlı mütəxəssis “Mançester Yunayted”dən ayrılan 37 yaşlı hücumçusu ilə müqavilə imzalamaq üçün heç bir cəhd etməyəcəyini söyləyib.
“Komandamız qış transfer dövründə heyətə yeni futbolçu götürməyəcək, hazırkı heyətlə davam edəcək. Ronaldoya gəlincə, klub hazırda belə bir oyunçunu ala bilməz” – deyə, Günəş bildirib.