Almaniyanın “Leypsiq” klubunun keçmiş texniki direktoru Kristofer Vayvel bundan sonra İngiltərədə çalışacaq. Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı Vayvel bundan sonra “Çelsi”də eyni vəzifəni icra edəcək.
O, oktyabrın 7-də Almaniya klubunu tərk edib. Vayvel 2020-ci ildən “Leypsiq”də bu vəzifədə çalışırdı.
“Çelsi” İngiltərə Premyer Liqasında 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.