3 aprel 2026. Cümə

Ture İngiltərə klubunu çalışdıracaq


  • Transfer
  • 16:37 29.11.2022
  • Oxunma sayı: 149
Ture İngiltərə klubunu çalışdıracaq
“Mançester Siti”nin keçmiş futbolçusu Kolo Ture “Viqan”ın baş məşqçisi təyin edilib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionşip təmsilçisi afrikalı mütəxəssislə üç il yarımlıq müqavilə imzalayıb.
 
41 yaşlı Fil Dişi Sahilli çalışdırıcı daha əvvəl “Lester”də Brendan Rocersin məşqçilər korpusunda yer alıb.

Bildirək ki, Viqan hazırda liqada 22-ci yerdə qərarlaşıb.






Transfer