Türkiyənin “Fatih Karagümrük” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Əlcəzair millisinin sabiq yarımmüdafiəçisi Sofian Fequlini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik 32 yaşlı vingerlə 1.5 illik müqavilə imzalanıb. Müqavilə 2023-cü ilin yanvar ayından etibarən qüvvəyə minəcək.
Fequli son olaraq “Qalatasaray”da çıxış edib. O, İstanbul klubundan bu ilin iyul ayında azad agent kimi ayrılmışdı. Təcrübəli oyunçu “Valensiya”, “Qrenobl”, “Vest Hem” və “Almeriya”nın da uğurlarını üçün çalışıb. Fequli, Əlcəzair yığmasında 76 oyuna 20 qol vurub.