Futbol üzrə Rusiya millisinin sabiq hücumçusu Aleksandr Kerjakov “Səbail”in baş məşqçisi olacağı ilə bağlı iddiaları şərh edib. Corner.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu barədə "Sport-express" nəşrinə açıqlamasında bunları söyləyib:
“Mən "Səbail"ə rəhbərlik edə bilərəmmi? Hələlik şərh yoxdur. Bir şey olanda dərhal biləcəksiniz".
Hazırda "Səbail"in baş məşqçisi Mahmud Qurbanovdur. Lakin onun uğursuz nəticələrə görə istefaya göndəriləcəyi barədə xəbərlər yayılıb. Onu əvəzləyəcək məşqçilər arasında isə yerlilərlə yanaşı, bir neçə əcnəbi mütəxəssisin də adı çəkilir.
Aleksandr Kerjakov son olaraq 2021/22 mövsümündə "Nijni Novqorod"un sükanı arxasında çalışıb.