Rusiyanın "Ximki" klubunda çıxış edən Ayaz Quliyev Azərbaycan millisində çıxış edə bilər. Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə Azərbaycan pasportu da verilib.
Quliyevin AÇ-2024-ün seçmə mərhələsinin qrup oyunlarında millimizdə çıxış edəcəyi gözlənilir.
Moskva "Spartak"ının yetirməsi olan Quliyev "Anji", "Rostov", "Arsenal" (Tula) klublarında oynayıb. O, Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.
Rusiya mətbuatının yaydığı digər məlumata görə, Ayaz Quliyev "Neftçi"də top qova bilər. "Ağ-qaralar" onun üçün qarşı tərəfə 300 min avro təklif etməyə hazırlaşır. Hələlik rəsmi danışıqlar start verilməyib.