5 dekabr 2025. Cümə

Barcelona onunla danışıqları dayandırdı


  • Transfer
  • 15:53 30.05.2019
  • Oxunma sayı: 501
Barcelona onunla danışıqları dayandırdı

Barcelona Atletico'nun futbolçusu Antoine Griezmannın transferi ilə bağlı danışıqları müvəqqəti olaraq dayandırıb.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu bir neçə məsələyə görə bu addımı atıb.  Birincisi, fransalı hücumçunun  120 milyon avro təzminat qiyməti və illik 17 milyon avro maaşıdır. "Barcelona"nın bu məbləği yüksək hesab etdiyi iddia olunur. İkincisi, Kataloniya klubunun oyunçularının bu transferə qarşı olmasıdır.

Qeyd edək ki, Griezmann yayda klubdan ayrılacağını açıqlayıb.







Transfer