27 oktyabr 2024. Bazar günü

Super Liqa klubunda ayrılıq


  • Transfer
  • 00:23 04.12.2022
  • Oxunma sayı: 98
Super Liqa klubunda ayrılıq
Türkiyənin “Adana Dəmirspor” klubu müdafiəçisi Yaroslav Rakitski ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
33 yaşlı futbolçu bu mövsümün əvvəlindən “Adana Dəmirspor”da çıxış edirdi. Ukraynalı oyunçu bu komandada cəmi 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
 
Donetsk “Şaxtyor”unun yetirməsi olan Rakitski, 12 il ərzində bu komandanın uğurları üçün çalışdıqdan sonra 2019-cu ildə “Zenit”ə keçmişdi. O, Ukrayna yığmasında da 54 oyun keçirib və 5 qol vurub.






Transfer