27 oktyabr 2024. Bazar günü

Bundesliqa klubunda yeni baş məşqçi


  • Transfer
  • 22:00 05.12.2022
  • Oxunma sayı: 71
Bundesliqa klubunda yeni baş məşqçi
"Ştutqart”ın yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisinin "sükan"ı Bruno Labbadiyaya tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
 
Labbadiya “Ştutqart”da bir ay öncə istefaya göndərilmiş Pelleqrino Mataratsonu əvəz edib. O, daha öncə də bu komandaya rəhbərlik edib. Belə ki, alman mütəxəssis 2010-cu ilin dekabrından 2013-cü ilin avqustuna kimi çalışdırdığı ştutqartlıları 119 matça çıxarıb. O, 2021-ci ilin yanvarında “Herta”dan ayrılandan bəri işsiz idi.
 
“Ştutqart” bu mövsüm Bundesliqada geridə qalan 15 turda 14 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.






Transfer