- Transfer
- 17:31 10.04.2026
“Rennes” klubu mövsümün əvvəlində “Torino”dan icarəyə götürdüyü Mbaye Nyanqla rəsmi müqavilə imzalayıb.
Corner.az xəbər verir ki, seneqallı hücumçu ilə 2023-cü ilə qədər sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Fransa təmsilçisi 24 yaşlı futbolçu üçün “Torino”ya 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, Nyanq, 2018-ci ilin yayında “Torino”ya keçib, sonra isə “Renn”ə icarəyə verilib.