10 aprel 2026. Cümə

Ramos Real'dan ayrılır? - özü açıqladı


  • Transfer
  • 21:14 30.05.2019
  • Oxunma sayı: 526
Ramos Real'dan ayrılır? - özü açıqladı

Çin klubuna keçəcəyi haqda iddialar yayılan "Real"ın kapitanı Sergio Ramos bu gün mətbuat konfransı keçirib.

Corner.az "AS" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, "Real"dan ayrılmaq fikrində olmadığını və karyerasını Madrid klubunda başa vurmaq istədiyini bildirib:" Klub prezidenti ilə ata-oğul kimiyik. Onunla birlikdə yeni "Real" qurmaq istəyirəm. Klub üçün oynamağa hələ gücüm var. Bu, 2, 4 və ya 6 il ola bilər. Mediada haqqımda yayılan xəbərlərə görə məyusam. Bu gün hər şeyə aydınlıq gətirmək istədim. Daha çox pul qazanmaq istəməyimlə bağlı ucuz söhbətlər dolaşır. İki həftədən sonra toyum olacaq. Buna görə də bu söhbəti bağlamaq istəyirəm".


Qeyd edək ki, Ramosun İspaniya banklarının birindən küllu miqdarda pul götürdüyü və bu vəsaiti ödmək üçün ona daha yaxşı müqavilə təklif edən Çin klubuna keçəcəyi haqda xəbərlər yayılıb.







Transfer