“Leypsiq” müdafiəçisi Məhəmməd Simakanla yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Fransalı oyunçu 2021-ci ilin iyul ayında Fransanın “Strasburq” klubundan “Leypsiq”ə transfer edilib. O, Bundesliqa təmsilçisinin heyətində 60 oyuna çıxıb, 4 qola imza atıb.