- Transfer
- 18:00 21.12.2025
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə müqavilə imzalamayıb.
Corner.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun şərhini “Record” nəşri yazıb.
Təcrübəli forvard “Əl Nəsr”lə müqavilə ilə bağlı sualı belə cavablandırıb: “Xeyr, bu, doğru deyil”.
Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra indi azad agent statusundadır. Daha öncə İspaniyanın “Marca” qəzeti portuqaliyalı hücumçunun “Əl Nəsr”lə müqavilə bağladığını və transferin yanvarın 1-də baş tutacağını yazıb. Belə ki, reklam razılaşmaları nəzərə alınmaqla 2,5 mövsüm üçün müqavilə üzrə ödənişlərin ümumi məbləği 200 milyon avroya çatacaqdı ki, bu da Ronaldonu dünyanın ən çox maaş alan idmançısı edəcəkdi.