7 aprel 2026. Çərşənbə axşamı

Zenit rəsmisindən Nurali Aliplə bağlı açıqlama


  • Transfer
  • 15:09 07.12.2022
  • Oxunma sayı: 129
Zenit rəsmisindən Nurali Aliplə bağlı açıqlama
Rusiyanın “Zenit” klubunun baş direktoru Aleksandr Medvedev “Qarabağ” və “Neftçi”nin maraq dairəsində olan futbolçu Nurali Alip barədə danışıb. Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq klubunun rəsmisi icarə əsasında komandada çıxış edən qazaxıstanlı müdafiəçinin ayrılmaq ehtimalını təkzib etməyib.
 
O,  22 yaşlı mərkəz müdafiəçisi ilə bağlı qərarın tezliklə açıqlanacağını bildirib
 
“Alipin “Zenit”dəki taleyi yaxın günlərdə məlum olacaq. Onun klubdan mütləq ayrılacağı xəbəri doğru deyil. Çünki son qərar hələ verilməyib. Tezliklə bu barədə rəsmi məlumat yayılacaq”.
 
Müqavilə ilə Qazaxıstanın “Kayrat” klubuna məxsus olan Nurali Alipin “Zenit”lə icarə müqaviləsi dekabrın sonuna qədərdir.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi