7 aprel 2026. Çərşənbə axşamı

Qarabağ'ın sabiq futbolçusu Fransa klubundan ayrılır


  • Transfer
  • 15:13 07.12.2022
  • Oxunma sayı: 259
Qarabağ'ın sabiq futbolçusu Fransa klubundan ayrılır
“Qarabağ”ın keçmiş hücumçusu İbrahima Vadji Fransanın “Sent Etyen” klubunu tərk edə bilər. Corner.az “peuple-vert.fr” saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu mövsümün əvvəlində “Qarabağ”dan transfer olunduğu Liqa 2 klubunda ümidləri doğrulda bilməyib.
 
Baş məşqçi Loren Battlzın istəyi ilə klub rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu geri qaytarmaq qərarına gəlib. Fil Dişi Sahilli forvardın icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Sent Etyen” onu yanvarda heyətinə cəlb etməyə çalışacaq.
 
“Qarabağ” 2021-ci ilin yayında Norveçin “Höqesunn” klubundan transfer etdiyi Vadjini bu ilin avqustunda “Sent Etyen”ə satıb. Fransa klubu ilə 3 illik müqavilə imzalayan seneqallı futbolçu bu müddətdə 10 oyuna çıxıb və 3 qolla yadda qalıb.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi