27 iyul 2026. Bazar ertəsi

Flikin yerinə Tuxel?


  • Transfer
  • 15:17 07.12.2022
  • Oxunma sayı: 144
Flikin yerinə Tuxel?
Almaniya yığmasının baş məşqçisi Hansi Flik postundan ayrıla bilər. Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin yerinə əsas namizəd hazırda klubsuz olan Tomas Tuxeldir.
 
Flikin milli komanda ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Lakin bundestimin DÇ-2022-lə erkən vidalaşması onun postundan ayrılması ilə bağlı iddialara səbəb olub.
 
Almaniya millisi yer aldığı E qrupunda üçüncü yeri tutaraq, 1/8 final mərhələsinə vəsiqə qazana bilməmişdi.






Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər