27 iyul 2026. Bazar ertəsi

Real 16 yaşlı hücumçunun transferini razılaşdırdı


  • Transfer
  • 16:10 07.12.2022
  • Oxunma sayı: 117
Real 16 yaşlı hücumçunun transferini razılaşdırdı

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Endrik karyerasını “Real”da davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, klublar arasında müqavilənin detalları artıq razılaşdırıldığını bildirib. “Real”la danışığı müsbət yekunlaşan 16 yaşlı hücumçunun keçidi “kral klubu”na 70 milyon avroya başa gələcək.  Hazırda sənədləşmə işləri aparılır.

İspan nəhəngi bu transferi açıqlamaq niyyətindədir. Ancaq gənc oyunçu yeni komandasına 2024-cü ilin yayında, 18 yaşı tamam olanda qoşulacaq. Həmin vaxta qədər isə icarə əsasında “Palmeyras”ın formasını geyinəcək.

Qeyd edək ki, Braziliyanın U-16 yığmasının şərəfini qoruyan Endrik “Çelsi” və PSJ-nin də maraq dairəsində olub.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər