- Transfer
- 21:53 26.11.2024
İngiltərənin “Çelsi” klubu Almaniyanın “Leypsiq” klubunun hücumçusu Kristofer Nkunkunun keçidini bitirib.
Corner.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Nikola Skira sosial şəbəkə hesabında paylaşıb edib.
İnsayder, fransalı oyunçunun London klubuna 70 milyon avroya başa gəldiyini vurğulayıb. 25 yaşlı futbolçu “zadəganlar”la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Nkunku mövsümün sonunda yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm “Leypziq”in heyətində Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 2 qol vurub.