28 noyabr 2024. Cümə axşamı

Super Liqa klubunda ayrılıq


  • Transfer
  • 14:28 09.12.2022
  • Oxunma sayı: 65
Super Liqa klubunda ayrılıq
Türkiyənin “Qaziantep” klubu hücumçusu Tomaş Pexartla yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqəyə çatdırılıb.
 
Çexiyalı oyunçu bu mövsümün əvvəlində Polşanın “Legiya” (Varşava) klubundan “Qaziantep”ə transfer edilmişdi. O, bu komandanın heyətində 13 matça çıxıb və 2 qol vurub. “Las Palmas”, “Hapoel” (Beer Şeva), AEK (Afina), “İnqolştadt”, “Nürnberq”, “Sparta” (Praqa), “Yablonets” və “Sauthempton” kimi klubların da formasını geyinmiş 33 yaşlı futbolçu Çexiya yığmasında 26 oyunda 2 qola imza atıb.






Transfer