İngiltərənin “Tottenhem” klubu baş məşqçi Antonio Konte ilə yeni müqavilə bağlamağa hazırlaşır. Corner.az “The Athletic”ə istinadən xəbər verir ki, London təmsilçisi artıq italiyalı məşqçiyə yeni müqavilə ilə bağlı təklifdə göndərib.
Yeni sözləşmənin uzunmüddətli olduğu və hazırda danışıqlar davam etdiyi vurğulanıb.
Xatırladaq ki, Konte 2021-ci ilin noyabrından “Tottenhem”i çalışdırır.