27 oktyabr 2024. Bazar günü

Mançester Yunayted klubu gələn ilin əvvəlində satılacaq


  • Transfer
  • 10:14 13.12.2022
  • Oxunma sayı: 87
Mançester Yunayted klubu gələn ilin əvvəlində satılacaq

İngiltərənin "Mançester Yunayted" klubu 2023-cü ildə satılacaq.

Corner.az "The Athletic"ə istinadən xəbər verir ki, Mançester təmsilçisinin sahibi olan Qleyzerlər ailəsi gələn ilin ilk rübünədək bu işi başa çatdırmaq niyyətindədir.

İddiaya görə, "qırmızı şeytanlar"ın satışı üzrə eksklüziv maliyyə məsləhətçisi Raine Group kluba 6-7 milyard funt-sterlinq arası təyin edib.

Qeyd edək ki, 2005-ci ildən "Mançester Yunayted"in sahibi olan Qleyzerlər ailəsi bu ilin noyabrında klubu satmağa hazır olduqlarını açıqlayıblar.







Transfer