Ukrayna millisinin sabiq futbolçusu Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər. Corner.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Yığmanın hazırkı baş məşqçisi Çeslav Mixneviçin müqaviləsi ilin sonunda başa çatacaq. Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa onun əvəzində 46 yaşlı mütəxəssisi bu posta gətirmək niyyətindədir.
Xatırladaq ki, Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisinin, 2021/2022 mövsümündə isə İtaliyanın "Cenoa" komandasının baş məşqçisi olub.