28 noyabr 2024. Cümə axşamı

De Byazi Polşa millisini çalışdırmaq istəyir


  • Transfer
  • 09:56 14.12.2022
  • Oxunma sayı: 100
De Byazi Polşa millisini çalışdırmaq istəyir

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq istəyir.

Corner.az xəbər verir ki, bu barədə “Sport.pl” saytı məlumat yayıb.

Məlumatda, italiyalı mütəxəssisin özü namizədliyini Polşa Futbol Assosiasiyasına (PZPN) təklif etdiyi vurğulanıb. PZPN müqavilə müddəti ilin sonuna qədər olan hazırkı çalışdırıcı Çeslav Mixneviçlə yeni sözləşmə imzalanmayacağını açıqlayıb. De Byazi isə AFFA ilə anlaşmasını 2023-cü ilin noyabrına qədər uzatmasına baxmayaraq, Polşa yığmasının sükanı arxasına keçməkdə maraqlıdır.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazi 2018-ci ildə Polşa yığmasını çalışdırmaq təklifi alsa da, PZPN-in həmin vaxtkı prezidenti Zbiqnyev Bonek son anda qərarını dəyişib.







Transfer