10 aprel 2026. Cümə

6-7 aydır onunla razılaşmağa çalışırıq - Qvardiola


  • Transfer
  • 10:04 01.06.2019
  • Oxunma sayı: 476
6-7 aydır onunla razılaşmağa çalışırıq - Qvardiola

Manchester City'nin baş məşqçisi Pep Qvardiola Bayern'nin transfer etmək istədiyi futbolçusu Leroy Sane ilə bağlı açıqlama verib.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisinin 80 milyon avroya transfer etmək istədiyi iddia edilən almaniyalı futbolçu haqda danışan 48 yaşlı mütəxəssis, ona yeni müqavilə təklif etdiklərini bildirib: “Saneyə müqaviləsini uzatmaqla bağlı təklif etdik. Onun komandada qalmasını istəyirik. 6-7 aydır ki, onunla razılaşmağa çalışırıq. Qalmasını istəməyimizin başqa bir sübutu ola bilər? Onu istəməsəydik, müqaviləsini uzatmaq üçün hər vasitəni sınamazdıq”.

İspaniyalı mütəxəssis, 23 yaşlı futbolçunun ehtiyatda qaldığı üçün xoşbəxt olmadığı ilə bağlı iddialara da cavab verib:

“Futbolçular bəzən ehtiyatda qalmağı qəbul etməlidirlər. Amma onların oynamaq istəməsini də başa düşürəm”.

Qeyd edək ki, Bayern klubu gənc futbolçu üçün Premyer Liqa klubuna 80 milyon avro təklif etmişdi.







Transfer