27 oktyabr 2024. Bazar günü

Emin Mahmudov Rumıniya klubunda?


  • Transfer
  • 16:50 15.12.2022
  • Oxunma sayı: 87
Emin Mahmudov Rumıniya klubunda?
Futbol üzrə Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər. Corner.az xəbər verir ki, bu barədə "Oltenia TV" məlumat yayıb.
 
Məlumatda, 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda "Universitatya” (Krayova) klubuna keçmək ehtimalı olduğu vurğulanıb. İddiaya görə, rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "ağ-qaralar"dan ayrılıb bu komandaya keçsə, təcrübəli oyunçunu da özü ilə aparmağı planlaşdırır. "Universitatya"nın Mahmudovu azad agent kimi heyətinə cəlb edə biləcəyi vurğulanıb.
 
Xatırladaq ki, Laurentsiu Regekampf 2021/22 mövsümündə "Universitatya"da işləyib. Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatmalıdır.






Transfer