27 oktyabr 2024. Bazar günü

Millimizin rəqibi yeni baş məşqçi üçün elan verdi


  • Transfer
  • 17:18 15.12.2022
  • Oxunma sayı: 86
Millimizin rəqibi yeni baş məşqçi üçün elan verdi

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Belçika yığmasının yeni baş məşqçisi CV vasitəsilə seçiləcək.

Corner.az-ın məlumatına görə, Belçika Futbol Assosiasiyası artıq bununla bağlı rəsmi saytda elan verib.

Bildirilib ki, Roberto Martinesin xələfi hazırkı məşqçilər heyəti ilə işləməli və yığmanı yeni uğurlara aparmalıdır. Bundan başqa, yeni baş məşqçi ilə bağlı əlavə kriteriyalar da tələb kimi qoyulub.

Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.







Transfer