18 avqust 2026. Çərşənbə axşamı

Manchester City İlkay'la bağlı qərarını verdi


  • Transfer
  • 10:30 01.06.2019
  • Oxunma sayı: 521
Manchester City İlkay'la bağlı qərarını verdi
Manchester City futbolçusu İlkay Gündoğanı komandada saxlamağa qərar verib.

Corner.az “Sky Sports”a istinadən xəbər verir ki, “şəhərlilər”  28 yaşlı futbolçunu satmayacaq.

“Manchester City” ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyən almaniyalı futbolçu 2020-ci ildə - sözləşməsi başa çatdıqdan sonra azad agent statusu ilə digər kluba keçə bilər. Buna baxmayaraq, “Şəhərlilər” futbolçusunu komandada saxlamağı üstün tutub. Ona yeni müqavilə təklif ediləcəyi də bildirilir.

Xatırladaq ki, türk əsilli almaniyalı futbolçu ilə "Bayern", "Borrusia Dortmund" və "Juventus" klublarının maraqlandığı iddia edilir.





Transfer