22 dekabr 2025. Bazar ertəsi

Polşa klubunun Qurbanlı üçün ödəmək istədiyi məbləğ bilindi


  • Transfer
  • 12:08 16.12.2022
  • Oxunma sayı: 124
Polşa klubunun Qurbanlı üçün ödəmək istədiyi məbləğ bilindi

Polşanın “Poqon” klubunun “Qarabağ” və Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib.

Corner.az-ın “24kurier.pl” saytına istinadən məlumatına görə, 20 yaşlı hücumçunun transferinin 350 min avroya başa gələcəyi ehtimal edilir.

Qış fasiləsində heyətini mərkəz hücumçusu ilə gücləndirməkdə israrlı olan Ekstraklassa təmsilçisi Qurbanlının keçidi sayəsində qol problemini həll edəcəyini düşünür. Hətta klub prezidentinin də danışıqlarda iştirak etdiyi üçün bu transferin baş tutma ehtimalının yüksək olduğu vurğulanıb.

Qeyd edək ki, Musa Qurbanlının “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq