7 aprel 2026. Çərşənbə axşamı

Sumqayıt'ın keçmiş baş məşqçisi Şaxtyor'la anlaşdı


  • Transfer
  • 16:25 16.12.2022
  • Oxunma sayı: 129
Sumqayıt'ın keçmiş baş məşqçisi Şaxtyor'la anlaşdı
“Sumqayıt”ın sabiq çalışdırıcısı Aleksey Baqa Belarusun “Şaxtyor” (Soliqorsk) komandası ilə anlaşıb. Corner.az Belarus mətbuatına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisinin sentyabrda istefaya göndərdiyi 41 yaşlı baş məşqçi keçmiş klubu ilə müqavilənin bütün detallarını razılaşdırıb.
 
Belarus klubu baş məşqçi Miliç Çuriçiçlə vidalaşmağa hazırlaşır. O, yaxın günlərdə istefaya göndəriləcək və Baqa ictimaiyyətə təqdim olunacaq.
 
Baqa 2021-ci ildə “Şaxtyor”un “sükanı arxasında” olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi