İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 2024-cü ildə keçiriləcək Avropa çempionatında komandaya rəhbərlik edəcək. Corner.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası bu məlumatı rəsmi saytında təsdiqləyib.
52 yaşlı mütəxəssis 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında komanda AÇ-2020-də gümüş medal qazanıb. Bu il Qətərdə keçirilən dünya çempionatında İngiltərə millisi 1/4 finalda Fransaya uduzub ( 1: 2).
AÇ-2024-ün seçmə mərhələsində ingilislər İtaliya, Ukrayna, Malta və Şimali Makedoniya ilə oynayacaqlar.