11 may 2026. Bazar ertəsi

Neftçi Mbodjla yollarını ayırdı


  • Transfer
  • 18:38 19.12.2022
  • Oxunma sayı: 105
Neftçi Mbodjla yollarını ayırdı
“Neftçi” PFK müdafiəçi Mamadu Mbodjla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Corner.az xəbər verir ki, paytaxt klubu 29 yaşlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş seneqallı oyunçu 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.






Transfer