7 aprel 2026. Çərşənbə axşamı

Albasete'nin hücumçusu hansı klubumuza gəlir?


  • Transfer
  • 13:43 20.12.2022
  • Oxunma sayı: 163
Albasete'nin hücumçusu hansı klubumuza gəlir?

İspaniyalı hücumçu Hiqino Marin karyerasını Azərbaycanda davam etdirə bilər. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu Premyer Liqamızda çıxış edən klublardan birinə təklif olunub.

Danışıqlar uğurlu başa çatarsa, qış fasiləsindən sonra Marini Azərbaycan çempionatında çıxış etməsi mümkün olacaq. Əgər forvard təklifi qəbul edərsə, Azərbaycan onun legioner həyatı yaşadığı üçüncü ölkə olacaq. Belə ki, Marin son illərdə Bolqarıstanın “Ludoqorets” və Polşanın “Qurnik” klublarının da uğurları üçün çalışıb.

Marin İspaniyanın “Mursiya” klubunun yetirməsidir. Daha sonra “Kultural Leonesa”, “La Hoya Lorka”, “UCAM Mursiya”, “Valyadolid” (B) və “Numansiya” klublarının da formasını geyinib. Bu ilin yayından isə “Albasete”də çıxış edir.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi