27 oktyabr 2024. Bazar günü

Neftçi'nin baş məşqçisi Rumıniya klubu ilə anlaşdı


  • Transfer
  • 16:42 20.12.2022
  • Oxunma sayı: 115
Neftçi'nin baş məşqçisi Rumıniya klubu ilə anlaşdı

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Universitatya Krayova” klubu ilə anlaşıb.

Corner.az-ın “Prosport.ro”ya istinadən məlumatına görə, rumıniyalı mütəxəssis ölkəsinin komandası ilə 6 aylıq müqavilənin şərtlərini razılaşdırıb.

“Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru ilə anlaşmaya əsasən, 47 yaşlı mütəxəssis qış fasiləsində komandanın sükanı arxasına keçəcək. Regekampf bu üzdən “Neftçi” ilə müqaviləsinin ləğv edəcək.

Razılığa əsasən, çalışdırıcının yeni komandasında aylıq məvacibi 15 min avro təşkil edəcək. Həmçinin performans bonusları da nəzərdə tutulub. Bu, Regekampfın 2011-2012 mövsümündə “Universitatya Krayova”da aldığı maaşla eynidir.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.







Transfer