- Transfer
- 21:53 26.11.2024
İspaniyanın “Sevilya” klubu futbolçusu İsko ilə müqaviləni ləğv edib.
Corner.az-ın məlumatına görə, Əndəlüs təmsilçisi yaxın saatlarda bunu rəsmi saytı vasitəsilə bəyan edəcək.
Tərəflərin sözləşməyə xitam vermək barədə qarşılıqlı razılığa gəldiyi bildirilir. “Sevilya”ya bu ilin yayında La Liqanın digər klubu “Real”dan keçən 30 yaşlı yarımmüdafiəçi 2 illik sazişə qol çəkib.
Qeyd edək ki, İsko bu mövsüm İspaniya La Liqasında 12 oyunda 2 məhsuldar ötürmə verib.