27 oktyabr 2024. Bazar günü

İsrail yığmasının üzvü Neftçi'də?


  • Transfer
  • 14:12 21.12.2022
  • Oxunma sayı: 109
İsrail yığmasının üzvü Neftçi'də?

İsrail yığmasının yarımmüdafiəçisi Şey Elias karyerasını “Neftçi”də davam etdirə bilər. Corner.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçisi paytaxt klubuna təklif olunub.

“Ağ-qaralar”ın aparıcı futbolçularından olan Eddi İsrafilov bu mövsüm tez-tez zədələnməsi səbəbi ilə klub rəhbərliyi  yığmamızın üzvü olan futbolçuya əvəzedici axtarmağa başlayıb. Yay “transfer pəncərəsi” dövründə daha çox İsrail bazarına üz tutan Azərbaycan təmsilçisi, qışda da bu ənənəsini davam etdirə bilər. Məhz bu səbəbdən Eliasın “ağ-qaralar”ın düşərgəsinə qoşulması ehtimalı daha çox olduğu gözlənilir.

Təl-Əviv “Hapoel”inin yetirməsi olan Şey Elias, karyerasının böyük hissəsini məhz bu komandada keçirib. O, bu klubda olarkən icarə əsasında “Sektzia Ness Ziona”nın da uğurları üçün çalışıb. Bu ilin yayında isə o, Beer-Şeva “Hapoel”inə transfer olunub. Yarımmüdafiəçi İsrailin əsas yığmasında da 1 oyun keçirib.







Transfer