27 oktyabr 2024. Bazar günü

İngiltərə klublarının hədəfindəki braziliyalı


  • Transfer
  • 17:52 21.12.2022
  • Oxunma sayı: 77
İngiltərə klublarının hədəfindəki braziliyalı

İngiltərənin “Arsenal” və “Lids” klubları “Atletiko”nun hücumçusu Mateus Kunyanın xidmətində maraqlıdır.

Corner.Az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən klubların nümayəndələri artıq 23 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

“Çelsi”, “Vulverhempton” və “Aston Villa” da Kunyanı transfer etmək niyyətindədir. Braziliyalı futbolçunun özü də karyerasını İngiltərədə davam etdirməyi düşünür.

Kunya 2021-ci ilin avqustundan “Atletiko”da çıxış edir. O, 2022/23 mövsümündə Madrid klubunun heyətində 17 matça çıxıb və ümumilikdə 510 dəqiqə meydanda olub







Transfer