5 aprel 2026. Bazar günü

Təqaüdə çıxdığını deyən Van Qal təklif gözləyir


  • Transfer
  • 19:54 21.12.2022
  • Oxunma sayı: 112
Təqaüdə çıxdığını deyən Van Qal təklif gözləyir
Futbol üzrə Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal Portuqaliya yığmasını çalışdıra bilər. Corner.az “Goal” nəşrinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Portuqaliya yığmasına rəhbərlik edə biləcəyini vurğulayıb:
 
“Mən yenidən təqaüdə çıxdım. Lakin Portuqaliyadan təklif gəlsə, onları nəzərdən keçirəcəm. Deyə biləcəyim tək şey hələki budur”.
 
Niderland millisi DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olaraq (2-2, penaltilər: 3-4), turnirlə vidalaşıb. 71 yaşlı mütəxəssis həmin matçdan sonra baş məşqçi postunu tərk edib.
 
Portuqaliya isə DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşə uduzub (0:1).






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi