- Transfer
- 21:53 26.11.2024
DÇ-2022-nin ən yaxşı gənc futbolçusu seçilən argentinalı Enzo Fernandes karyerasını Fransada davam etdirə bilər.
Corner.Az xarici KİV-ə istinadən xəbər verir ki, “Benfika”nın yarımmüdafiəçisi PSJ-nin diqqət mərkəzinə düşüb.
21 yaşlı futbolçunun turnirdəki çıxışını bəyənən parislilər onun heyətəcə cəlb olunması ilə komandadakı rəqabətin artacağına inanırlar. Cənubi amerikalı DÇ-2022-yə qədər “Real”, “Barselona” və “Mançester Siti” də daxil olmaqla, Avropanın bir neçə klubunun hədəfinə çevrilmişdi.
Enzo Fernandesin çıxış etdiyi Argentina millisi DÇ-2022-nin finalında Fransa üzərində qələbə qazanaraq (3:3, penaltilər – 4:2), dünya çempionu olub. cənubi amerikalının