27 oktyabr 2024. Bazar günü

Ronaldo ərəblərlə müqavilə imzalayır


  • Transfer
  • 23:30 21.12.2022
  • Oxunma sayı: 163
Ronaldo ərəblərlə müqavilə imzalayır

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə yaxındır.

Corner.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu klubla transfer danışıqları aparmaq üçün Ər-Riyad şəhərinə yola düşüb 

Təcrübəli futbolçunun paytaxt təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir. Çünki hazırda onun üçün tək təklifi olan bu komandadır.

Qeyd edək ki, daha əvvəl Kriştiano Ronaldonun "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalayacağı bildirilib. İddiaya görə, sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək. Ulduz futbolçunun illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı vurğulanıb.







Transfer