27 oktyabr 2024. Bazar günü

Arsenal'da ən çox maaş ala bilər - yeni müqavilə bağlasa


  • Transfer
  • 23:48 21.12.2022
  • Oxunma sayı: 89
Arsenal'da ən çox maaş ala bilər - yeni müqavilə bağlasa

"Arsenal” hücumçusu Qabriel Martinelli ilə yeni müqavilə bağlamaq üçün danışıqlar aparır.

Corner.Az “Daily Mail”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə yeni sözləşməyə əsasən, klubun ən çox maaş alan futbolçusu ünvanına sahib ola bilər. “Topçular” braziliyalı futbolçunun maaşını həftəlik 200 min funt-sterlinqə qaldırmağa razıdır.

 “Barselona”nın da maraqlandığı “sambaçı”nın London klubunda qalmağa üstünlük verdiyi vurğulanıb.

Martinelli 2019-cu ilin iyulundan “Arsenal”da çıxış edir. O, cari mövsümdə komandanın heyətində 20 matça çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir.







Transfer