27 oktyabr 2024. Bazar günü

Sumqayıt liberiyalı futbolçu ilə gücləndi


  • Transfer
  • 16:05 23.12.2022
  • Oxunma sayı: 83
Sumqayıt liberiyalı futbolçu ilə gücləndi

“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Gənclik şəhəri" təmsilçisindən Corner.Az-a verilən məlumata görə, komanda son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Terrens Tisdel kariyerası ərzində “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb.

2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qolla yadda qalıb.







Transfer